Maliyyə Holdinq Kampaniyası

təsərrüfat hüququnun subyekti olub, maliyyə kampaniyasından kapitalının 50%-nin digər emitentlərin qiymətli kağızlarından ibarət olması ilə fərqlənir.
Maliyyə Hesabatlarının Saxtalaşdırılması
Maliyyə Hüququ
OBASTAN VİKİ
Holdinq
Holdinq — iki və daha çox şirkət və ya müəssisənin, gəlir əldə etmək məqsədilə birləşməsidir. Bir başqa adla Şirkətlər Qrupu deməkdir. Holdinqlərə bağlı şirkət və müəssisələr bir mərkəzdən idarə olunur, müxtəlif sahələrdə fəaliyyət göstərir. Holdinqlər əksər halda bir qrup sahibkar və yaxud bir ailə tərəfindən idarə olunur.
Maliyyə
Maliyyə biznes maliyyəsi, fərdi maliyyə və ictimai maliyyəni əhatə edir. Maliyyəyə pul yığımı və adətən, pulun borc verilməsi də daxildir. Əsasən, zaman, pul və risk anlayışları və onların bir-biri ilə əlaqəsi ilə məşğuldur. Eyni zamanda, pulun xərclənməsi və büdcənin hazırlanması ilə də məşğuldur. Maliyyə prosesi, əsasən, fiziki və hüquqi şəxslərin banka əmanət yerləşdirməsi vasitəsilə işləyir. Bank pulu digər fiziki və hüquqi şəxslərə istehlak və ya investisiya məqsədilə kredit olaraq verir və onlardan faiz tələb edir. Kreditlər, son vaxtlarda artan sürətlə, yenidən satış üçün paketlənir, yəni investor krediti (borcu) ya bankdan, ya da birbaşa şirkətdən alır. İstiqraz vərəqləri şirkətlər tərəfindən investorlara birbaşa satılan borcdur, bu zaman investor faiz əldə edir və ya istiqraz vərəqini təkrar bazarda satır. Bank sektoru kredit təmin etməklə fondlaşmanın əsas vasitəçisi rolunda çıxış edir. Ancaq, şəxsi sərmayə, birgə fond, (mutual fund), qorunma fondları (hedge fund) və digər qurumlar müxtəlif istiqraz vərəqlərinə investisiya etməklə əhəmiyyət qazanmışlar.
Fransa kampaniyası
Fransa kampaniyası, Fransa döyüşü və ya Fransanın süqutu — ikinci dünya müharibəsi zamanı nasist Almaniyasının Fransavə Aşağı Ölkələri (Niderland, Belçika, Lüksemburq) işğal etməsi ilə nəticələnən hərbi kampaniya. == Arxa plan == 23 mart 1933-cü ildə Çörçill çıxışlarından birində Almaniyada hakimiyyətə gələn Nazi rejiminin Avropadakı sülh rejimini təhdid etdiyini xəbərdar etdi və “Fransız Ordusu üçün Allaha şükür” kəlimələrini söylədi. Aprel ayında yenidən bu mövzuya qayıtdı və qəti şəkildə bildirdi: "Fransa yalnız Avropada sağ qalan yeganə böyük demokratiya deyil, eyni zamanda o ən güclü hərbi gücdür." Bir neçə il sonra müharibə xatirələrinin birinci cildini toplayan Çörçill yazırdı ki, "Fransız Ordusu üçün "Allaha şükür edirəm" deyəndə hamının üzündə gördüyüm ağrı və nifrət görünüşünü xatırladım". Bu güclü ordunun 1940-cı ildə altı həftədə məğlub olması tarixin ən diqqət çəkən hərbi məqamlarından biridir. 1939-cu ildə, İkinci Dünya Müharibəsi yaxınlaşarkən İngilislər və Fransızlar Birinci Dünya Müharibəsi əsnasında 1914-18-də baş verənlərin yenilənmiş bir versiyası ilə mübarizə aparmağı planlaşdırdılar, lakin bəzi əsas fərqlərlə. 1914-cü ildə fransızlar cəbhə hücumlarında böyük itki vermişdilər. Bu dəfə hərbi qüvvələrini və sənaye bazalarını ümumi müharibə aparmaq üçün səfərbər edərkən qərbi Avropada müdafiədə qalacaqdılar. Hərbi əməliyyatların başlamasından təxminən 2-3 il sonra hücum etməyi planlaşdırırdılar. Buna görə də, tarixdə "Majino xətti" adlanan və Fransa-Almaniya sərhədində yerləşən, 1940-cı ildə tikilib qurtarılması planlaşdırılan bir səddin tikintisinə başladılar. Fransız hərbi doktrininə uyğun olaraq Majino xətti alman qoşunları üçün keçilməz sədd olmalıydı.
Norveç kampaniyası
Norveç kampaniyası (ing. Norwegian Campaign) və ya Norveç əməliyyatı — İkinci dünya müharibəsinin tərkib hissəsi kimi Antihitler koalisiyası və Üçüncü Reyx arasında Norveçi zəbt etmək uğurunda aparılan müharibə. Norveç kampaniyası adı verilən döyüşlər 1940-cı ilin 9 aprel tarixindən, 10 iyun tarixinə qədər davam etmişdir. Üçüncü Reyxə qarşı aparılan döyüşlərdə Norveç krallığına Böyük Britaniya, Fransa və Polşa hərbi və siyasi köməkliklər etmişdir. 62 gün davam edən döyüşlərin ardından Norveç müttəfiqləri ilə birlikdə məğlub olmuş, hökumət və kral ailəsi ölkədən təxliyə edilmək məcburiyyətində qalmışdır. Böyük Vətən müharibəsindən SSRİ-dən sonra Norveç Üçüncü Reyxə qarşı ən çox mübarizə aparmış ikinci dövlət kimi tarixə keçib. Benkow, Jo; Ole Kristian Grimnes. Vendepunkt: 9. april i vår bevissthet (Norwegian). Oslo: Cappelen.
İtaliya kampaniyası
İtaliya kampaniyası aşağıdakılara aid edilə bilər: Birinci İtaliya kampaniyası (1796–1797) — Napoleon müharibələri zamanı inqilabi Fransa silahlı qüvvələrinin Avstriya və Pyemonta qarşı hərbi əməliyyatları. Suvorovun İtaliyaya yürüşü (1799) — Aleksandr Suvorovun başçılıq etdiyi Rusiya–Avstriya ordusunun 1799-cu ilin aprel–avqust aylarında İtaliyanın şimalında Fransa qoşunlarına qarşı döyüşü. İkinci İtaliya kampaniyası (1800) — Fransa silahlı qüvvələrinin Marenqo döyüşündə Napoleonun qələbəsi ilə başa çatan Avstriyaya qarşı hərbi əməliyyatları. İtaliya kampaniyası (1915–1918) — Birinci Dünya müharibəsi illərində İtaliya silahlı qüvvələrinin Avstriya-Macarıstana qarşı hərbi əməliyyatları. İtaliya kampaniyası (1941–1943) — İkinci Dünya müharibəsi zamanı İtaliya silahlı qüvvələrinin SSRİ-yə qarşı hərbi əməliyyatları. İtaliya kampaniyası (1943–1945) — İkinci Dünya müharibəsi zamanı ABŞ, Birləşmiş Krallıq və onların müttəfiqlərinin silahlı qüvvələrinin Almaniya və İtaliyaya qarşı hərbi əməliyyatları.
Pleyku kampaniyası
Pleyku kampaniyası — Vyetnam müharibəsi zamanı 23 oktyabr–26 noyabr 1965-ci il tarixlərində ABŞ və Cənubi Vyetnam tərəfindən reallaşdırılmış hərbi kampaniya. II Korpus Komandanlığı onu Pleyme kampaniyası adlandırmışdı və 23 oktyabr əvəzinə 20 oktyabrı başlanğıc tarixi kimi müəyyən etmişdi. Bu, üç əməliyyatdan ibarət idi. Bu birgə VRO–ABŞ kampaniyası "ümumi əməliyyat konsepsiyası, ümumi kəşfiyyat, ümumi ehtiyat və müstəqil komandanlıq" xüsusi proseduru ilə xarakterizə olunurdu. Coleman, J.D. Pleiku, The Dawn of Helicopter Warfare in Vietnam. New York: St.Martin's Press. 1988. G3 Journal/I Field Force Vietnam, November 14–26, 1965 [1], [2], [3], [4] document stored at the National Archive, College Park, Maryland. Kinnard, William. Pleiku Campaign, After Action Report.
Boston kampaniyası
Boston kampaniyası (ing. Boston campaign) — ABŞ İstiqlal müharibəsinin ilk hərbi kampaniyası. Əvvəlcə patriotların səfərbər edilməsi və sonradan onun Kontinental Orduya çevrilməsi səbəb olmuşdur. Kampaniya 19 aprel 1775-ci ildə Leksinqton və Konkord döyüşləri ilə başlamış, bu döyüşlərdə milis Britaniyanın Konkordda yerləşən hərbi mağazalar və separatçı liderləri ələ keçirmək planlarına mane ola bilmişdir. İngilis qoşunları Çarlstonda geri çəkilmə zamanı artan sayda qarşı mübarizə apararkən əhəmiyyətli itkilər vermişdir. Patriotlar Bostonu çevrələmiş və mühasirəyə başlamışdılar. Bu əməliyyatın ən mühüm hadisəsi 17 iyun 1775-ci ildə baş vermiş Bunker-Hill döyüşü idi. Qurbanların sayı baxımından bütün müharibənin ən qanlı epizodlarından birinə çevrilmişdir. Həm Boston yaxınlığında, həm də sahilyanı ərazilərdə çoxsaylı atışmalar olmuşdur. 1775-ci ilin iyulunda Corc Vaşinqton milis komandiri təyin edilmiş və onu daha vahid orduya çevirmişdir.
AF Holdinq
AF Holdinq 1991-ci ildən fəaliyyət göstərən Şirkətlər Qrupudur. Holdinqin baş ofisi Moskvada yerləşir, Bakı və Londonda flialları vardır. AF Holdinq həm Bakıda, həm də xaricdə tikinti, istehsal, əmlak və turizm sektorlarında fəal fəaliyyət göstərir. == Qrup şirkətləri == AF Bank Azərbaycan VTB Bankın əvvəlki adıdır və hazırda 51% payla VTB Bank tərəfindən idarə olunur. Everton Uğur 97 Muradlı AFSAN Plastik AF Pen AF Pilsa AF Holdinqlə Sabancı Holdinq arasında tərəfdaşlıq.
APA Holdinq
Azəri-Press Agentliyi və ya qısa olaraq APA — 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan hakimiyyətyönümlü informasiya agentliyi. "APA Group" media holdinqinin tərkibinə daxildir. == Haqqında == "Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin il noyabr ayının 16-da fəaliyyətə başlamışdır. "APA" Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda fəaliyyət göstərən ofisləri vardır. "APA"-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics" bölməsi də fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə xəbərlər, təhlillər bu bölmədə öz əksini tapır. "APA" informasiya agentliyi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatdır.
Ata Holdinq
Ata Holdinq — 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər qrupudur. Tərkibində 17 şirkət var idi. Sahibi isə türkiyəli iş adamı Əhməd Erəntok idi. == Haqqında == "AtaHolding" 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. "AtaHolding" iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. "AtaHolding"-in maliyyə sektorunda "AtaSığorta" ASC, "AtaLizinq" ASC, turizm sektorunda "AtaTurizm" MMC, "AtaTravel" MMC və 5 ulduzlu "Excelsior Hotel Baku" hoteli, sənaye sektorunda "Şəmkir Quşçuluq" MMC və informasiya texnologiyaları sahəsində "AtaTexnologiya" MMC şirkətləri fəaliyyət göstərib. Holdinq və onun törəmə təsərrüfat cəmiyyətlərində beynəlxalq audit şirkəti tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin auditi keçirilir. "AtaHolding" şirkətlər qrupu Azərbaycanda BMHS-ə uyğun Konsolidə hesabat hazırlamış və müvafiq olaraq beynəlxalq audit şirkəti tərəfindən bu hesabat audit olunmuşdur. Holdinq Beynəlxalq mühasibat uçotu standartlarına uyğun uçot sistemini və Beynəlxalq Daxili Audit standartlarına uyğun Daxili nəzarət sistemini təşkil etmişdir.
Cahan Holdinq
Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.
Gilan Holdinq
Gilan Holdinq — Azərbaycanda fəaliyyət göstərmiş holdinq. 2023-cü ilin iyulundan Xəzri Solutions MMC adı ilə fəaliyyət göstərib. 30 avqust 2023-cü ildə ləğv edilib. 1987-ci ildən Azərbaycanda bir sıra layihələrə sərmayələr yatırıb. Baş ofisi Bakıda yerləşirdi. Gilan Holdinq üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərib. Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları (FMCG) sahələrini əhatə edib. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyub. Holdinq həmçinin beynəlxalq filiallar da təsis etmişdir. Azərbaycanda turizm, tikinti, qida maliyyə və s.
Gəmiqaya Holdinq
Gəmiqaya Holdinq adını Nuh əfsanəsi ilə əlaqələndirilən Naxçıvan ərazisindəki Gəmiqaya daş abidələrindən alıb.
Holdinq şirkəti
Holdinq — iki və daha çox şirkət və ya müəssisənin, gəlir əldə etmək məqsədilə birləşməsidir. Bir başqa adla Şirkətlər Qrupu deməkdir. Holdinqlərə bağlı şirkət və müəssisələr bir mərkəzdən idarə olunur, müxtəlif sahələrdə fəaliyyət göstərir. Holdinqlər əksər halda bir qrup sahibkar və yaxud bir ailə tərəfindən idarə olunur.
ISR Holdinq
Karat Holdinq
Meqa Holdinq
Messenat Holdinq
Nurol Holdinq
Nurol Holding A.Ş., Türkiyədə fəaliyyət göstərən holdinq təşkilatı. Şirkət ticarət, müdafiə sənayesi, tikinti, maşınqayırma, istehsal, turizm, maliyyə, texnologiya, enerji, xidmət sahələrində fəaliyyət göstərir. 1966-cı ildə Arhavi (Artvin) mənşəli Çarmıklı ailəsinin üzvü olan 3 qardaşın müştərəkliyi ilə holdinqin ilk şirkəti olan Nurol İnşaat A.Ş. qurulmuşdur. Çarmıklı ailəsinin üç üzvünün bərabər paya sahib olduğu xüsusi mülkiyyətdir. Adını Nurəddin, Erol, Oğuz adlı qardaşların adlarındakı hecalardan götürmüşdür. Şirkətlər 1989-cu ildə holdinq çətiri altında birləşdirilmişdirlər. Baş ofisi Ankaradadır. Ankaranın ən güclü konqlomeratlarından biridir. 2001-ci ildə şirkətin 35 illik yubileyinə, keçmiş baş nazir və Türkiyə prezidenti Süleyman Dəmirəl qatılmışdır. 2007-ci ildə Sabah - ATV tenderində iştirak etməklə media sektoruna daxil olmağı düşünmüşdü, lakin şirkətlərin maliyyə vəziyyətinə baxdıqdan sonra buna əleyhinə qərar verildi.
PAŞA Holdinq
Paşa Holdinq və ya Pasha Holding – sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində çalışan şirkətlər qrupu. 1 noyabr 2006-cı il tarixdən fəaliyyət göstərən şirkət. Holdinqin investisiya portfeli iki növ yatırımlar əsasında qurulub: Holdinq ona məxsus şirkətlərdə nəzarət iştirak payına və digər biznesdə minoritar səhmlər payına sahibdir. Azərbaycan Əmanət Bankı kimi 1874-cü ildə qurulan "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti (Kapital Bank və ya "Kapital Bank" ASC), ölkənin ən iri banklarından biridir. "Kapital Bank" ASC-nin səhmlərinin 79,56%-i "PAŞA Holding" MMC-yə, 18,31%-i digər şirkətlərə, 2,13%-i isə fiziki şəxslərə aiddir. Bankın səhmdar kapitalı 185 milyon AZN adi səhmlərdən (tam ödənilmiş paylar) və 60 milyon AZN müddətsiz imtiyazlı, qeyri-kumulyativ səhmlərdən ibarətdir. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 2021-ci ilin may ayı üçün 102 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Geniş çeşiddə bank xidmətləri göstərən Kapital Bank 4 milyona yaxın fiziki və 25 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi müxtəlif sosial proqramlarda yaxından iştirak edir və iqtisadiyyatın real sektorunun inkişafı üzrə bir sıra proqramları həyata keçirir. Kapital Bank yerli özəl banklar arasında ən yüksək beynəlxalq reytinqə malik olan banklardan biridir.
Qarant Holdinq
Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi. Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib. 2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Garant Holing-lə əvəzləyib.
Azərsun Holdinq
Azərsun — ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən Azərbaycan şirkətidir. Azərsun Azərbaycanda ən böyük qida istehsalçısı və ixracatçısıdır (28 qida markası istehsal olunur), həmçinin kağız və qablaşdırma ticarəti ilə məşğul olur. == Tarixi == “Azərsun Holdinq” 1991-cü ildə, ilk dəfə olaraq, birbaşa xarici sərmayə ilə Bakıda fəaliyyətini dayandırmış çay fabriki və yağ zavodunu özəlləşdirdi, müasir avadanlıqlarla təchiz etdi, bununla da müstəqil Azərbaycanın ilk istehsal müəssisələrini istifadəyə verdi. Mərkəzi Logistika Departamenti “Azərsun Holdinq”in nəzdində 1997-ci ildən fəaliyyətə başlayıb. Təhsilə töhfə verən SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN) 1 sentyabr 2015-ci il tarixində Azərsun tərəfindən qurulmuşdur. “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən "Təmizlik Vasitələri Fabriki" 01 aprel 2022-ci ildən istismara verildi. 2001-ci ildə Qarabağ futbol klubu'nda maliyyə problemləri yaranmışdır. "Azərsun" şirkətinin komandanı sponsorluğa götürməsindən sonra bu problem həll olundu. "Azərsun" Holdinq "Qarabağ"ın inkişafı üçün əməli işə girişdi. Şirkətin prezidenti Abdulbari Gözəlın bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll olundu.
Koç Holdinq
Koç Holdinq 1926-cı ildə Vəhbi Qoç tərəfindən qurulmuş holdinqdir . Türkiyənin ilk holdinqi və ölkə üzrə ən böyük özəl təşkilatlardan biri hesab olunur. Holdinqin baş ofisi İstanbulda Üsküdar, Nakkaştəpədə yerləşir. Koç Holdinqin tarixi şirkət qurucusu olan Vehbi Koçun 1920-ci illərdə Ankarada ticarət fəaliyyətinə başladığı vaxtlara qədər gedib çıxır. Zaman keçdikcə fəaliyyət sahələrini genişləndirən və 1950-ci illərdə müxtəlif sənaye şirkətləri qurmuş Vehbi Koç qida sənayesindəki uğurlarındansonra elektrik cihazları və avtomobil sektoruna da adım atmışdır. 1963-cü ildə yaratdığı şirkətlərin sayı 25-ə çatdı və qrup yeni təşkilat yaradaraq holdinq statusunu aldı. Vehbi Koç 1984-cü ildə idarə heyətinin sədrliyini öz oğlu Rəhmi Koça, Rəhmi Koç isə öz növbəsində 2003-cü ildə həmin vəzifəni oğlu Mustafa Koça ötürmüşdür. Mustafa Koçun vəfatından sonra Koç Holdinq İdarə Heyəti tərəfindən İdarə Heyətinin sədri vəzifəsinə Ömər M. Koç, İdarə Heyəti sədrinin müavini vəzifəsinə isə Ali Y. Koç təyin edilmişdir. Holdinq 2020-ci ildə Fortune jurnalının dünyanın 500 ən böyük sənaye şirkəti (Fortune Global 500) siyahısında 471-ci yeri tutmuşdur. İstanbul Sənaye Palatası tərəfindən hazırlanmış "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi"nin 2019-cu il sorğusunda Koç Qrupuna bağlı 4 şirkət ilk 10-luqda öz yerlərini tutmağa nail olmuşdur.
Garant Holdinq
Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi. Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib. 2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Garant Holing-lə əvəzləyib.
Sosium holdinq
"Socium" holdinqi 10 iyun 1988-ci ildə, Bakıda anadan olan alim, sahibkar, ictimai xadim, xeyriyyəçi İqor Aşurbəyli tərəfindən təsis edilib. O, ölkədəki ilk kommersiya təşkilatlarından biridir, belə ki, yaradılma tarixi SSRİ-da Kooperasiya haqqında Qanunun qəbul edildiyi günlə üst-üstə düşür. "Socium" – beynəlxalq çoxprofilli holdinqdir. Fəaliyyət sahəsi diversifikasiyalıdır: daşınmaz əmlakın idarə olunması, bank sektorunu, IT-sənayesini, kənd təsərrüfatını, elmi-texniki ixtiraları, tibbi təyinatlı malların istehsalını, mühafizə xidmətini və s. əhatə edir. Şirkətlər qrupunun 2022-ci ilə olan aktivlərinin ümumi qiyməti 13,9 milyard rub. təşkil edib. Aktivlərinin strukturu aşağıdakı qaydada paylaşdırılıb: daşınmaz əmlak – 58%, xidmətlər – 33%, istehsalat – 9%. Fəaliyyətin əsas göstəriciləri (2022): 4,4 mlrd.rub. – holdinqin illik gəliridir; 1,8 min vahid – texnoloji avadanlıqlar parkıdır; 260 min.